Azərbaycanda bir gündə 207 nəfər COVID-19-dan sağalıb, 89 nəfər yoluxub, 2 nəfər vəfat edib
Tarix: 15-08-2020, 17:12 | Çap et
Azərbaycanda bir gündə 207 nəfər COVID-19-dan sağalıb, 89 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net