Azərbaycanda sereloji testdən neçə nəfər keçiriləcək?
Tarix: 13-08-2020, 14:40 | Çap et
Azərbaycanda sereloji testdən neçə nəfər keçiriləcək?

“Gələn həftədən ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Seroloji testlərin aparılması COVID-19 pandemiyası ilə mübarizə strategiyasının əsas hissəsidir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Onun dediyinə görə, testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirən və immunitet qazananların statistikasını müəyyən etmək mümkün olacaq: “Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. O daha sonra deyib: “Ölkəmizdə həmin testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq və yekun nəticələr barədə ictimaiyyətə məlumat vriləcək. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bununla yanaşı vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər”.

İşçi qrupunun rəhbərinin verdiyi məlumat görə, testlər Bakı şəhərindən başlanılacaq və 1500 paytaxt sakini seroloji testdən keçiriləcək: “Sumqayıt və Gəncə şəhərində də həmin sayda əhalinin qan analizləri nəticəsində COVID-19 infeksiyasına qarşı immunitetinin səviyyəsi yoxlanılacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net