Azərbaycanda 60-dan çox məhkəmədə monitorinq aparılıb - VİDEO
Tarix: 12-08-2020, 14:33 | Çap et
“Məhkəmə Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib”.

E-huquq.az xəbər verir ki, bunu Məhkəmə Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev deyib.

Onun sözlərinə görə, aşkar olunan 150-dən çox pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb:

“İşlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraaatına başlanılıb”.

S.Əliyev bildirib ki, bu tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net