Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı rəsmi açıqlama
Tarix: 10-08-2020, 13:47 | Çap et
Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı rəsmi açıqlama

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

"Report"un məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net