AZAL-da təmizləmə əməliyyatı başladı - İDDİA
Tarix: 10-08-2020, 11:13 | Çap et
AZAL-da təmizləmə əməliyyatı başladı - İDDİA

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.

"OLAYLAR"-ın əldə etdiyi xəbərə görə, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.

Mənbənin verdiyi xəbərə görə, şirkətin təhlükəsizlik idarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var.

Məlumat üçün qeyd edək ki, Elxan Orucov Qarabag məsələlərində adı ləkələnmiş zabitlərdən olub. O, Cahangir Əsgərovun təhlükəsizlik üzrə müşaviri və AZAL Oil-un direktoru Fəxrəddin Qazibəyovun köməkliyi ilə 2013-cü ildə bu vəzifəyə təyin olunub.

Bundan başqa şirkətin təhlükəsizlik idarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilıməsi ilə bağlı ərizəsi alınıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net