Ötən il ölkə üzrə pnevmoniyadan 678 nəfər ölüb.
Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölənlərdən 338 nəfəri kişi, 340 nəfəri isə qadın olub. Onlardan 111 nəfəri 0-17 yaşda uşaqlar olub.
Məlumata əsasən, bronxların və ağciyərlərin bədxassəli yenitörəməsindən isə 1405 nəfər ölüb. Onlardan 1155-i kişi, 250-si qadın olub.