Büdcə layihəsinin tərtibi prosesi 2022-ci ilədək təxirə salınıb
Tarix: 7-08-2020, 11:25 | Çap et
Büdcə layihəsinin tərtibi prosesi 2022-ci ilədək təxirə salınıb

Azərbaycanda dövlət büdcəsinin layihəsinin tərtibi prosesi təxirə salınıb.

“Report” xəbər verir ki, bununla bağlı “2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dəyişikliklə “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tərtibi 2022-ci ilin yanvarın 1-nə qədər dayandırılır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net