Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb
Tarix: 29-07-2020, 17:04 |
Çap et
Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.
Hazırda aktiv xəstə sayı 6288 nəfər təşkil edir.