ADA Universiteti payız semestrində təhsili onlayn davam etdirə bilər
Tarix: 25-07-2020, 10:53 | Çap et
ADA Universiteti payız semestrində təhsili onlayn davam etdirə bilər

ADA Universitetində 2020-ci ilin payız semestrinin təlim-tədris prosesinin təşkili Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq.

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, COVID-19 təhlükəsi davam edərsə, artıq universitetdə yaz və yay semstrlərində təcrübədən müvəffəqiyyətlə keçmiş onlayn üslub tətbiq olunacaq.

Universitetdaxili sorğu göstərib ki, tələbələrin 85%-i onlayn təhsili müsbət və ya qənaətbəxş hesab ediblər. Müxtəlif onlayn platformalar arasında tələbələrin 90%-i, professor- müəllim heyətin isə 65%-i universitetin istifadə etdiyi “Blackboard Collaborate” platformasına üstünlük verirlər. Növbəti tədris ilindən etibarən təlim-tədrisin keyfiyyətini artırmaq məqsədilə əlavə rəqəmsal texnologiyalar istifadə olunacaq və onların açdığı imkanlardan istifadə edərək daha çox xarici müəllimlər cəlb olunacaqlar.

Ali təhsil müəssisəsi pandemiya ilə bağlı tələbələrin maliyyə çətinliyini nəzərə alaraq, bütün tələbələrin payız semestri üzrə təhsil haqqına 15% güzəşt elan edib. Bundan başqa, aztəminatlı ailələrdən olan tələbələrə universitetin xüsusi yardım fondundan əlavə güzəştlər olunacaq.

“Tələbələrimizin bir hissəsinin maliyyə dəstəyinə ehtiyacı olduğundan xəbərdarıq. Bu səbəbdən də maliyyə imkanları məhdud olan tələbələrimiz ehtiyac əsaslı təqaüdlərlə təmin ediləcəklər”, - ADA Universitetinin akademik işlər üzrə prorektoru doktor Vəfa Kazdal bildirib.

Qeyd edək ki, ADA Universiteti payız semestrindən etibarən üç xarici universitet - Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton və Fransanın CEFAM Universitetləri ilə beynəlxalq ikili diplom proqramını həyata keçirəcək




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net