Gürcüstandan Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatdırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, təxliyə edilən şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər.
Gürcüstandan təxliyə edilən Azərbaycan vətəndaşları paytaxt Tbilisidən yola salınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, COVID-19 testinin cavabı neqativ çıxan 175 Azərbaycan vətəndaşı Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi ayrılmış avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə yola salınıb.
Təxliyə ediləcək şəxslər Azərbaycan ərazisinə keçdikdən sonra qeydiyyatda olduqları ünvana gedə bilmələri üçün bir günlük sərbəst hərəkət icazəsinə nail olacaqlar.
Onların Azərbaycanda karantinə alınmayacağı bildirilib.
Qeyd edək ki, daha əvvəl Gürcüstandan 356 Azərbaycan vətəndaşı təxliyə olunub.