Bu ilin yanvar-iyun aylarında Azərbaycan 43,6 milyon ABŞ dolları dəyərində 8,8 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 milyon ABŞ dolları (33,9%) və 2,2 min ton (34,5%) çoxdur.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,9%-ni təşkil edib.