Azərbaycanda bu günə kimi ümumilikdə 24 041 nəfər koronavirus infeksiyasına yoluxub.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Hazırda 8 642 nəfərin müalicəsi davam etdirilir.