Bakıda koronavirus xəstələri ilə işləyən daha bir həkim virusa yoluxub.
Modern.az-ın məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimotoloqu Elnur Abdulla özü də COVİD-19-a yoluxub. E.Abdullanın bu virusa yoluxması barədə həkim həmkarları bildirib.
Məlumata görə, o hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.