“Bu günə qədər Yeni Klinika Tibb Müəssisəsinə 1 200 koronaviruslu xəstə gətirilib. Artıq onların böyük hissəsi müalicə olunaraq sağalıb və evə buraxılıb".
“Report” xəbər verir ki, bunu klinikanın direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, hazırda klinikada 350-yə yaxın koronaviruslu xəstənin müalicəsi davam etdirilir.