Baş prokuror Ombudsmanla görüşüb
Tarix: 2-07-2020, 18:19 | Çap et
Baş prokuror Ombudsmanla görüşüb

Ölkəmizdə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməklə ötən illər ərzində insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlıq məsələləri inkişaf etdirilib, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatlarla qarşılıqlı səmərəli əməkdaşlıq məsələlərinin möhkəmləndirilməsinə xidmət edən çoxşaxəli işlər görülüb.

Belə tədbirlərin davamı kimi, iyulun 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Baş Prokuror Kamran Əliyev arasında görüş keçirilib.

Tədbir zamanı insan hüquqlarının effektiv təmini baxımından birgə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təşkil edilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.

Görüşdə insan hüquqlarının təmini, müvafiq istiqamətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin və beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin müzakirə olunaraq milli qanunvericiliyə implementasiyası istiqamətində əməkdaşlıq imkanlarından danışılıb.

Tədbir zamanı hüquq pozuntularının, ehtimal olunan işgəncə və digər qeyri-insani rəftar hallarının qarşısının alınması məqsədilə hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkili prosesində yeni yanaşmaların tətbiqi imkanları istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin qəbulu zamanı, habelə istintaq orqanları tərəfindən başlanmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların və əlililiyi olan şəxslərin özləri, onların ailə üzvləri və vəkillərinin ərizə və müraciətlərində yer alan məsələlər də əsas müzakirə mövzusu olub.

Qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada və hallarda qanunların icra və tətbiqinə nəzarətin təşkili səviyyəsinin artırılması, bu sahədə prokuror nəzarəti vəziyyətinin öyrənilməsi, müəyyən olunan hüquq pozuntularının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi, metodiki tövsiyələrin, hesabatların hazırlanması istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.

Görüşdə maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net