İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, Bakı şəhərində yerləşən kiçik dövlət müəssisə və obyektlərinin, habelə respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azprice" MMC-dir.
Qalib şirkətə 199,7 min manat ödəniləcək.