Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.