Bakıda səfirlik əməkdaşında koronavirus aşkarlandı - ÖZƏL
Tarix: 23-06-2020, 10:54 | Çap et
Bakıda səfirlik əməkdaşında koronavirus aşkarlandı - ÖZƏL

Türkiyənin Azərbaycandakı səfirliyində koronavirusa yoluxma faktı aşkar olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfirliyin binasında çalışan azərbaycanlı əməkdaşlardan birində koronavirus aşkarlanıb.

Aparılan müayinələr nəticəsində şəxsin ailə üzvləri arasında da virusa yoluxanların olduğu müəyyən edilib.

Həmin şəxs və ailəsi pandemiya üzrə xəstəxanalardan birinə yerləşdirilib, müalicələrinə başlanılıb.

Onu da qeyd edək ki, pandemiya dövrü ilə əlaqədar olaraq, Türkiyə Səfirliyinin məhdud sayda əməkdaşı zərurət olduğu halda ofisdən çalışır, kollektivin böyük əksəriyyəti onlayn qaydada fəaliyyətini davam etdirir.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net