Dərs vəsaitlərinin çap olunması üçün proqram təminatları hazırlanacaq
Tarix: 22-06-2020, 18:02 | Çap et
Dərs vəsaitlərinin çap olunması üçün proqram təminatları hazırlanacaq

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının icrasının təmin edilməsi barədə əmr imzalayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, əmrdə bildirilir ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin çap olunması üçün müvafiq proqram təminatları hazırlayacaq.

Qeyd edilib ki, “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nda qeyd olunub ki, dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada nazirliyə təqdim etməlidir.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Təhsil Nazirliyi tərəfindən nəşr ediləcək kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə növbəti tədris ilində olan tələbatın proqnozu TMİS vasitəsilə təqdim olunmalıdır. Təhsil müəssisələrinin rəhbərləri kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbatla bağlı məlumatları tədris ilinin başlanmasına 6 ay qalmış TMİS-də bu məqsədlə açılan xüsusi bölməyə daxil edərək, elektron imzaları ilə təsdiq etməlidir. Daxil edilən məlumatlar yerli təhsili idarəetmə orqanları tərəfindən 1 ay müddətində dəqiqləşdirilməli, elektron imzalarla təsdiq olunduqdan sonra kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbat proqnozu formalaşdırılmalıdır.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net