“Koronavirusa yoluxan şəxslərin yenidən bu xəstəliyə düçar ola biləcəyi ilə bağlı dəqiq söz demək olmaz”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, onun yaxınları arasında da koronavirusa yoluxanlar var:
“Mən onlara da məsləhət görürəm ki, özlərini maksimum qorusunlar. Bu xəstəliyə yoluxan və sağalan şəxslərdən seroloji testlər götürülərək, onların orqanizmində virusa qarşı immunitetin formalaşıb-formalaşmaması müəyyən olunur.
Amma bütün hallarda virusa yoluxub sağalan şəxsin yenidən yoluxma ehtimalına dəqiq cavab vermək hələlik mümkün deyil”.