“Hələ də yas yerlərində kütləvi toplaşanlar var”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, ictimai nəqliyyatda qoruyucu maska taxmayanlar yoluxma sayında artıma səbəb olur: “Bu gün də ölkədə virusla əlaqəli PCR testi neqativ çıxan ağır xəstələr də var. Bu da xəstənin həkimə gec müraciət etməsi ilə bağlıdır”.
R.Bayramlı qeyd edib ki, vəziyyəti kifayət qədər ağır olanlar var və bu, çox təhlükəlidir.