Beynəlxalq onlayn təhsil konfransı ətrafında ekspertləri toplayacaq
Tarix: 8-06-2020, 10:09 | Çap et

Beynəlxalq onlayn təhsil konfransı ətrafında Azərbaycan, İsrail, Fransa, Ukrayna, Rusiya və Tunisdən olan ekspertləri toplayacaq!

Müzakirənin əsas mövzusu koronavirus pandemiyasından sonra təhsil olacaq. Təhsil sahəsində dünya ekspertləri pandemiya dövründə əldə etdikləri təcrübələrini bölüşəcək, son yeniliklər barədə məlumat verəcək və onlara ünvanlanan sualları cavablandıracaqlar.

Konfransın spikerləri arasında “FORBES” jurnalında adı çəkilən və vaxtilə Manhettendə çalışan məsləhətçi; o cümlədən, adı Ukraynada innovativ təhsilin rəmzi olan ekspert; Çikaqo Universitetində ilin müəllimi seçilmiş və vaxtilə Harvard Universitetinin müəllimi; Fransada xarici dilin öyrənilməsi üçün yeni istiqamətin banisi; Tunisdə təhsil holdinqinin təsisçisi olacaqlar.

“COVID-19. Təhsilin dönüş nöqtəsi” adlı onlayn konfrans “Dərs Evi” Təhsildə İnkişaf və İnnovasiyalar Mərkəzi tərəfindən təşkil edilir və 9 iyun saat 14:00-dan 18:00-dək keçiriləcək.

Qeydiyyat üçün keçid

Konfrans Maxi.az şirkətinin sponsorluğu, Gilan Holding və beynəlxalq Maximum Education şirkətinin dəstəyi ilə keçirilir.

Maxi.az şirkəti də, həmçinin, COVID-19 pandemiyasının səbəb olduğu dəyişikliklərə cəld və məharətlə reaksiya verdi. Bu gün şirkətin iki şəhərdə yerləşən mağazalar şəbəkəsinə 10 elektronika mağazası, 150-dən çox distribütor və Azərbaycanın istənilən yerinə çatdırılma imkanını verən tam funksiyalı onlayn mağaza daxildir.

Bonus Plus loyallıq proqramı isə müştərilərə kredit və güzəştli şərtlərlə alış-veriş etmək imkanını verir.

Konfransın spikerləri haqqında məlumat:

• “Maximum Education” şirkətinin təsisçisi Mixail Myaqkov

Mixail Myaqkov ‘Kütləvi onlayn təhsil: böhran və ya imkandır?” mövzusu ilə çıxış edəcək.

M. Myaqkov İlon Mask, Yuri Milner və hətta Donald Trampın məzun olduğu “Uorton” biznes məktəbini bitirib. “Procter & Gamble” (İsrail), “Kaplan” (İsrail və daha sonra Amerika), “Boston Consulting Group” (Amerika) kimi şirkətlərdə çalışıb.

2012-ci ildə Mixail Rusiyada gəliri 2019-cu il üçün təxminən 10 milyon dollar təşkil edən ən uğurlu təhsil müəssisələrindən biri olan “Maximum Education” şirkətini təsis edib.

• Adı Ukraynada innovativ təhsilin rəmzi olan Yevgeni Miroşniçenko həmçinin konfransda öz təcrübəsini bölüşəcək. Y.Miroşniçenko Ukraynada “DEC Life School”, Ukrayna Aqrar liseyi, Uşaq Akademiyası kimi müəssisələrin elmi rəhbəri, həmçinin, son 10 il ərzində Ukraynada innovativ təhsilin liderinə çevrilmiş “Miroşkola” təhsil mərkəzinin təsisçisidir.

• Fransalı mütəxəssis və “Le Francais pour nous” təhsil mərkəzinin elmi rəhbəri, təhsil və innovasiyalar sahəsində tanınmış ekspert, madam Şantal Nabe. Şantal özünü marketinq tədqiqatlarının psixo-sosiologiyası, kouçinq, zərgərlik sənəti, disleksiyalı insanlar üçün fərdi dərslərin aparılması kimi bir-birindən fərqli sahələrdə sınayıb. Hazırda o, fəaliyyətini yetişkinlər üçün yaratdığı innovativ təhsil sistemi ilə davam etdirir.
Beynəlxalq onlayn təhsil konfransı ətrafında ekspertləri toplayacaq
• Konfransda Azərbaycandan fəlsəfə elmləri doktoru, təhsil mövzusunda beynəlxalq nəşrlərin müəllifi, UNICEF, Özbəkistan Təhsil Nazirliyi kimi qurumların məsləhətçisi, ADA Universitetinin Təhsil fakültəsinin baş müəllimi Ülviyyə xanım Mikayılova çıxış edəcək. Ülviyyə xanımın elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.

Müzakirə panelinin spikerlərini də xüsusi olaraq qeyd etmək istərdik:

• Riyaziyyat elmləri doktoru, Çikaqo Universitetinin nüfuzlu “İlin müəllimi” mükafatının sahibi, Harvard Universitetinin sabit müəllimi Pavel Belorusskiy.

• Təhsil sahəsində ekspert və Kidum (İsrail) mərkəzinin elmi rəhbəri Marina Rozenfeld.

• “L'Idéale” təhsil holdinqinin təsisçisi və icraçı direktoru, “Arabigo” mərkəzinin həmtəsisçi və direktorudur. Həmin mərkəz Tunisdə İngilis dili tədrisi və bu dilin öyrənilməsi üçün apardığı təbliğat işlərinə görə British Council tərəfindən Tunisdəki səfir olaraq təyin edilib.

Konfransda müzakirə ediləcək mövzular:

• “Şantal Nabe” Fransa

Mövzu: “Texnologiyalarla iş imkanları və çətinliklər. Onlayn-təhsil üçün platformanın seçim meyarları”

• Yevgeni Miroşniçenko. Ukrayna

Mövzu: “Özünütəhsil. Repetitorluq. Miroşkola”.

• Ülviyyə Mikayılova. Azərbaycan

Mövzu: “Onlayn dərslər zamanı refleksiya və sinfin idarəedilməsi”

• Mixail Myaqkov. Rusiya

Mövzu: “Kütləvi onlayn təhsil: böhran və ya fürsətdir?”

• Pavel Belorusskiy, Azərbaycan; Marina Rozenfeld, Israel; Murad Qalleb, Tunis
Mövzu: “Sabahın təhsili nədir?” panel müzakirəsi

“Dərs Evi” Təhsildə İnkişaf və İnnovasiyalar Mərkəzi dünya təcrübəsində işlənilən innovativ metodikaların Azərbaycanın təhsil proqramı ilə birləşməsi nəticəsi kimi yaranıb. Mərkəzin növbəti innovasiyası Azərbaycanda məktəblilər arasında “blended” (tərcümədə qarışıq) təhsil modelinin tətbiq edilməsidir. “Blended” formatı həm canlı, həm onlayn dərs formatını özündə əks etdirir.

Bundan əlavə, Mərkəz müəllimlər üçün yeni onlayn formatda dərslərin keçirilməsi üzrə hazırlıq da keçirir. “Dərs Evi” əldə etdiyi nailiyyətlərlə kifayətlənmir və hər zaman Azərbaycana təhsil sahəsinin ən son yeniliklərini gətirmək üzərində çalışır.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net