Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılacaq
Tarix: 2-06-2020, 17:53 | Çap et
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılacaq
“Yol Polisinə dəstək” qrupları yaradılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq “Yol Polisinə dəstək” qruplarının yaradılması, könüllülərin iştirakı ilə insanların kütləvi toplaşdığı, fəaliyyət göstərdiyi məkanlarda (konsert-sərgi salonları, idman yarışlarının keçirildiyi arenalar, kinoteatr şəbəkələri, kitabxanalar, iri istehsal və iaşə müəssisələri və s.) yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasının təşkil edilməsi, kütləvi informasiya vasitələrini cəlb etməklə belə tədbirlərin ictimailəşdirilməsini təmin etməlidir.




Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net