Azərbaycan XİN İtaliyanı Respublika Günü münasibətilə təbrik edib
Tarix: 2-06-2020, 10:59 |
Çap et
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı milli bayramı – Respublika Günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.
“İtaliyaya Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan və İtaliyanı dostluq və tərəfdaşlıq münasibətləri bir-birinə bağlayır. Bu əlamətdar gündə dost İtaliya xalqına möhkəm can sağlığı, uğurlar, davamlı sülh və firavanlıq diləyirik”, - deyə qeyd olunub.