“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə,Əlahiddə Ümumqoşun Orduda keçirilən növbəti birgə komanda-qərargah məşqində əsas diqqət qoşunların qısa zamanda döyüşə hazırolmasının təmin edilməsi üzrə tapşırıqların icrasına yönəldilib.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və resursları nəzərə alınmaqla birləşmə və hissələrin komplektləşdirilməsinin yeni bir modeli üzərində tapşırıqlar dəqiqləşdirilib.
Komanda-qərargah məşqində komandir və qərargahların yaranmış əməliyyat şəraitində qərarqəbuletmə vərdişləri təkmilləşdirilib.