Hesablama Palatası ötən ilin dövlət büdcəsinin icrasına rəy verib
Tarix: 22-05-2020, 12:04 | Çap et
Hesablama Palatası ötən ilin dövlət büdcəsinin icrasına rəy verib
Hesablama Palatasının növbəti kollegiya iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi müzakirə edilib.

"APA-Economics"in Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, iclasda 2019-cu ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər diqqətə çatdırılmış, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə məlumat verilib.

Kollegiya iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyinin Milli Məclisə təqdim edilməsi qərara alınıb.




Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net