Bayram namazının vaxtı açıqlandı - MƏSCİDLƏRDƏ...
Ramazan bayramı Şəvval ayının 1-i – Ayın Azərbaycan ərazisində görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən, bayram namazı məscidlərdə qılınmayacaq.
Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini tapıb. Bir daha xatırladırıq ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxararaq imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Məlumatda vurğulanıb ki, Fətvada qeyd olunan bütün müddəalar Ramazan ayının sonuna kimi qüvvədədir.
Allah oruc və namazlarınızı qəbul etsin!