Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.