Azərbaycan daha 188 vətəndaşını təxliyə etdi
Tarix: 19-05-2020, 21:37 | Çap et
Azərbaycan daha 188 vətəndaşını təxliyə etdi

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən “Report”a verilən məlumata görə, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net