Siyavuş Novruzov: “Əli Kərimli miqrant alveri ilə məşğul olur”
Tarix: 19-05-2020, 12:32 | Çap et
Siyavuş Novruzov: “Əli Kərimli miqrant alveri ilə məşğul olur”

“İnsan alverinin əsas elementlərindən biri də miqrant alveridir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün bir sıra siyasi partiyalar, Milli Şura və onun tərkibində olan Xalq Cəbhəsi, başında baş insan alverçisi duran Əli Kərimli miqrant alveri ilə məşğul olur:

“Bu, kifayət qədər sənədlərlə təsbir olunub. İstər Almaniya polisinin qaldırdığı sənədlər, istər İtaliya, Fransada qaldırılan sənədlərdə saxta verilmiş arayışlar nəticəsində Azərbaycan vətəndaşları belə deyək ki, Avropaya satılıb. Onların özləri artıq bunu müzakirəyə çıxarırlar. Bir siyasi partiya onun, digəri isə o birinin üzərinə atır. Hər birində də ilə 150-200 belə insan var. Hesab edirəm ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun gələcək hesabatlarında bu məsələ də öz yerini almalıdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net