Naxçıvanla gediş-gəliş virusun qarşısının alınması üçün məhdudlaşdırılıb - Qərargah
Tarix: 18-05-2020, 19:49 |
Çap et
“Naxçıvan-Bakı arasındakı gediş-gəlişə qoyulan məhdudiyyət gediş-gəlişin texniki cəhətdən yerinə yetirilib-yetirilə bilməməsindən asılı deyil”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O deyib ki, insanların təhlükəsizliyi, virusun qarşısının alınması üçün gediş-gəliş məhdudlaşdırılıb: “Amma ən zəruri hallarda hərbçilər gedib-gəlirlər və uçuş həyata keçirilir”.