Azərbaycana gətirilən insulin şprisləri gömrük rüsumundan azad edilir
Tarix: 18-05-2020, 11:03 | Çap et
Azərbaycana gətirilən insulin şprisləri gömrük rüsumundan azad edilir

Sabahdan plastmasdan insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan şprislər idxal gömrük rüsumundan azad edilir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 17 aprel 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən, sabahdan həcmi 2 millilitr və ya daha az olan plastmasdan şprislərin hər bir ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,04 ABŞ dolları, digər plastmasdan şprislərin hər bir ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu müəyyən edilib.
Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net