Azərbaycanda məhkəmələrin fəaliyyəti tam bərpa olundu
Tarix: 18-05-2020, 09:06 | Çap et
Azərbaycanda məhkəmələrin fəaliyyəti tam bərpa olundu

Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət aradan götürülüb.

“Report” xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə mayın 18-i saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunub.

Məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçiriləcək.

Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınacaq.

Qərara əsasən, vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunmalıdır.

Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və qoruyucu-gigiyenik vasitələrlə təchiz ediləcək.

Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunacaq.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net