Muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub
Tarix: 18-05-2020, 00:39 |
Çap et
Muzey və sərgi zallarının bütün ölkə üzrə fəaliyyəti 18 may 2020-ci il saat 00:00-dan bərpa olunub.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına dair qərarında bildirilir.
Bununla belə, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, kitabxanaların, idman zallarının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qüvvədə qalır.