Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 24-ə çatıb
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artır.
APA-nın aysor.am-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 24 nəfərə çatıb.
Bildirilib ki, virusa yoluxanlardan 8 nəfər sağalıb.
Ümumilikdə 554 nəfər testdən keçirilib, 72 nəfər karantinə alınıb, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.