Xəbər verdiyimiz kimi, bu ilin fevral ayında Dövlət Sərhəd Xidməti rəisinin müavini - general-leytenant Əsgər Xəlilov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvə¬lərdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev istefaya göndərilən general-leytenant Əsgər Xəlilovu özünə müşavir təyin edib.