“Koronavirusa yoluxma hallarının bir çoxu bir müəssisədə aşkar olunmuş hallardır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.O qeyd edib ki, həmin şirkətlərin rəhbərləri və çalışanlar bütün çağırışlara məhəl qoymayıblar:
“Bakı Tikiş Evi”ndə 64 nəfər qısa müddətdə koronavirusa yoluxub”.
“Baku Steel Company”də 48 yeni yoluxma faktı aşkarlanıb”.