Azərbaycanda tibbi maskaların qiymətinin aşağı düşməsi müzakirə oluna bilər
Tarix: 15-05-2020, 18:24 | Çap et
Azərbaycanda tibbi maskaların qiymətinin aşağı düşməsi müzakirə oluna bilər

“Azərbaycanda bu gün maskalarla və dezinfeksiya məhlulları ilə bağlı heç bir qıtlıq müşahidə olunmur”.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Azərbaycanda tibbi maska istehsalı müəssisələrində maksimal güc gündəlik 500 mindir. Qiymətlərə gəldikdə isə maskaların qiymətinin aşağı düşməsi müzakirə oluna bilər. Hətta istehsal gücü elə bir səviyyəyə çata bilər ki, maskalar pulsuz da ola bilər", deyə İ.Məmmədov bildirib.

İ.Məmmədov bildirib ki, Azərbaycana idxal olunan maskaların qiyməti hazırda satışda olan masakaların qiymətindən daha bahadır: “Onların pulunu sadəcə dövlət ödəyir ki, tibbi maskaların qiyməti 30 qəpikdən baha olmasın”.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net