DSX-nın həbs olunan zabitləri - ADLAR
Tarix: 15-05-2020, 18:07 | Çap et
DSX-nın həbs olunan zabitləri - ADLAR

Bu gün Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Vəli oğlu Nağıyev, 5 vəzifəli şəxs və 1 nəfər rüşvət verən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, onlar barəsində 311.3.2 (təkara rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət olma), 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfidnən törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 312.2-ci (rüşvət vermə) maddələri ilə cinayət başlanıb.

Qeyd edək ki, Ə. Nağıyevdən başqa saxlanılanlar Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisləridir. Bunlar Vəliyev Elçin Vaqif oğlu, Əzizov Samiq Yusif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğludur. Bir nəfər isə, Quliyev Xalis Xudamurad oğlu rüşvət verdiyi üçün həbs edilib. Saxlanılan hərbiçilər arasında Dövlət Sərhəd Xidmətinin yaranması günü münasibət ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan zabitlərdə var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net