Azərbaycan vətəndaşlarının bu ölkəyə səfərləri 11% azalıb
Tarix: 15-05-2020, 11:59 | Çap et
Azərbaycan vətəndaşlarının bu ölkəyə səfərləri 11% azalıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 197,2 min nəfər ziyarətçi səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə ziyarətçilərin sayı 7,3% azalıb. Azərbaycandan gələn ziyarətçilər qonşu ölkəyə səfər edənlərin 22,3%-ni təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın yanvar-mart aylarında qəbul etdiyi əcnəbi ziyarətçilərin sayı baxımından birinci yeri tutub.

Hesabat dövründə Azərbaycan vətəndaşlarının Gürcüstana etdiyi səfərlərin sayı isə 262,2 min təşkil edib. Bu göstərici ötən ilin eyni göstəricisindən 10,5% azdır.

Yanvar-martda qonşu ölkənin qəbul etdiyi beynəlxalq ziyarətçilərin sayı 17,6% azalaraq 1,3 milyon nəfərə bərabər olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net