AZAL 197 Azərbaycan vətəndaşını çarter reysi ilə Kiyevdən Bakıya gətirib - FOTO
Tarix: 14-05-2020, 23:28 | Çap et
AZAL 197 Azərbaycan vətəndaşını çarter reysi ilə Kiyevdən Bakıya gətirib - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən APA-ya verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

AZAL 197 Azərbaycan vətəndaşını çarter reysi ilə Kiyevdən Bakıya gətirib - FOTO

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

AZAL 197 Azərbaycan vətəndaşını çarter reysi ilə Kiyevdən Bakıya gətirib - FOTO




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net