Qərargah: İndiyədək koronavirusa yoluxan 2879 nəfərdən 1833-ü sağalıb, 35-i ölüb
Hazırkı dövrədək ölkəmizdə
2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
1833 nəfər müalicə olunaraq sağalıb,
35 nəfər vəfat edib,
1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya bildirilib ki, həmin şəxslərdən
29 nəfərin vəziyyəti ağır,
38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
214.291 test aparılıb.