Bu günə olan statiska; 121 yoluxma, 44 sağalma
Tarix: 14-05-2020, 14:30 | Çap et
Bu günə olan statiska; 121 yoluxma, 44 sağalma

Azərbaycan Respublikasında 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 44 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1833 nəfər müalicə olunaraq sağalmış, 35 nəfər vəfat etmiş, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılmışdır.




Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net