Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 55 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus infeksiyasına
104 yeni yoluxma faktı qeydə alınıb,
55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə
2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
1735 nəfər müalicə olunaraq sağalıb,
33 nəfər vəfat edib,
925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən
28 nəfərin vəziyyəti ağır,
42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
202.282 test aparılıb.