Hacıqabulda mənimsənilən büdcə vəsaitləri
Tarix: 18-01-2016, 11:19 | Çap et
Hacıqabulda mənimsənilən büdcə vəsaitləri
Hacıqabul rayonu ilə bağlı tənqidi məqamlar hər zaman bol olub. Dövrü mətbuatda adıçəkilən rayondakı çatışmazlıqlarla bağlı faktları özündə əks etdirən məqalələr müntəzəm olaraq dərc olunub. Elə redaksiyamızın elektron ünvanına davamlı olaraq göndərilən faktlar da Hacıqabulda kifayət qədər problemlərin olmasından xəbər verir. Apardığımız araşdırmalar, daxil olan məlumatlar belə bir ehtimal irəli sürməyə əsas verir ki, Əhməd Muxtarov bu gün fəaliyyətindən ən çox narazılıq edilən icra başçılarının sırasında qərarlaşıb. Bunun səbəbləri isə kifayət qədərdir. Hər halda ölkənin əksər bölgələrində müşahidə edilən dinamik inkişafın fonunda Hacıqabul rayonunun hələ də problemlər girdabında çabalaması özü-özlüyündə artıq ən böyük faktdır. Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair ittihamların çox olması kimi məqamlar, hazırda Hacıqabulu səciyyələndirən əsas amillərə çevrilib. Hacıqabul rayonundan daxil olan məlumatlara görə, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə verərək, dövlətdən ayrılan yüz minlərlə manat vəsaiti mənimsəyir. Həmin şirkətin “Muğan-1” firması olduğu bildirilir. İcra başçısının əli ilə tenderin qalibi olan “Muğan-1” firması çəkdiyi yollarda ciddi şəkildə mənimsəmələrə yol verib. İddialara görə, adı çəkilən firma kənd yollarının tikintisi üçün hazırlanan layihəyə sadəcə kağız üzərində əməl edərək, ayrılan vəsaitin təxminən yarısını mənimsəyib. Yəni asfaltın qalınlığı layihyədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun firması bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib.
Daha sonra redaksiyamıza daxil olan məlumatlara görə, Əhməd Muxtarov Hacıqabul şəhərinin təmir və abadlaşdırma işlərini də “İnşaatçı-S” MMC-yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə, üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Bu barədə açıqlama verən mənbə “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxatarova ayrılan vəsatin 15 fazinin verildiyini bildirir. Əhməd Muxtarovun tikinti, yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazisilərində şəxsi heyvandarlıq və əkinçilik təsərüfatları yaratdığı da bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın əkinə yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir. Mənbə onu da bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. Açıqlamalarda icra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət aldığı iddia olunur.
Daxil olan digər bir məlumata görə, Əhməd Muxtarov hər ay rayonun Təhsil şöbəsi, Səhiyyə idarəsi, Mədəniyyət və Turizm şöbəsi, Suvarma Sistemləri İdarəsi, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsi, Kür Su Kəmərləri İdarəsi, Rayon Telefon Qovşağı, 2 saylı Yol Yaşıllaşdırma MMC və digər təşkilat rəhbərlərindən “hesab” alır. Belə ki, icra başçısı hər bir büdcə idarəsindən ən azı 2 min manat “hesab” yığır. İddia olunur ki, Əhməd Muxtarovun idarə müdirlərindən aldığı bu “aylıqları” onun köməkçisi toplayır...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net