Qaradağın icra başçısına PA-dan xəbərdarlıq: Vidalaş...
Tarix: 2-12-2015, 10:28 |
Çap et
Vertikal.az-a verilən informasiyaya görə, bu günlərdə, bəlkə də bu həftə ərzində Qaradağ RİH başçısı vəzifəsini daşıyan Süleyman Mikayılov işdən çıxarılacaq.
Xəbərdə bildirilir ki, bununla bağlı Süleyman Mikayılova Prezident Administrasiyasından xəbərdarlıq olunub.
Mənbə əlavə edir ki, Süleyman Mikayılov son günlər hətta işə də çıxmır: "Hətta əvvəlindən çıxacağını bildiyindən Qaradağ rayonu ərazisində yerləşən və aylıq gəliri 1 milyon manata yaxın hesab olunan 10 hektarlıq ərazidəki daş karxanasını da satmağa müvəffəq olub".