“Ərimlə küsülü olanda, görüşdüyüm adam var idi” -azərbaycanlı müğənni
Tarix: 10-06-2015, 05:02 | Çap et
“Ərimlə küsülü olanda, görüşdüyüm adam var idi” -azərbaycanlı müğənni
Müğənni Sevda Kazımova bakuinfo.az-a müsahibə verib.

Vertikal.az müsahibəni təqdim edir.

- Sevda xanım, xeyli müddətdir efirlərdə yoxsunuz. Dəvət etmirlər, yoxsa özünüz getmirsiniz?

- Anam dünyasını dəyişəndən sonra bir müddət efirlərə çıxmadım. Dəvət edirdilər, görürdülər ki, vəziyyətim yaxşı deyil. O ki qaldı dəvət olunmamağa, mən yalvarıb efirə çıxmağa öyrəşməmişəm. Bəzən olur ki, insanlar özləri zəng vurub, efirə çağırılmalarını xahiş edirlər. Özüm bilirəm ki, yaddaqalan insanam, illərin sənətkarıyam, sözümü deyən müğənnilərdən biri olmuşam. Çağırsalar da, sağ olsunlar, çağırmasalar da. Bilirəm ki, mən varam, insanlar tərəfindən sevilirəm. Bu, mənə ləzzət edir.

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Bəstəkar Gövhər Həsənzadədən yeni mahnı almışam. Mahnı "Ürəyimin yarası" adlanır. Aranjiman da olunub, mənim oxumağımı gözləyirlər.

- Hədiyyədir?

- Yox, aldım.

- Neçəyə?

- Qiymətini deməyəcəyəm. Xoşlamıram aldığım şeyin qiymətini deyim, villalarımdan, pullarımdan danışım.

- Deməli, danışmağa villa var da...

- (gülür) Villam yoxdur və olsa belə, danışmayacağam.

- Niyə?

- Adam gözə gəlir. Bir dəfə evini göstərən kimi nəsə olur, problemlər yaşayırsan.

- Axı bir müddət tez-tez evinizi efirdə nümayiş etdirirdiniz...

- Çəkiliş evdə olmalıydı. Ancaq düşünmürdüm ki, evimi çəkdirirəm.

- Bir dəfə evinizdəki bahalı çilçıraqları da nümayiş etdirmişdiniz...

- Hətta o da yadınızdadır... Mən deməmişəm ki, çilçıraqların qiymətini aparıcı deyib. Bu şeylər aparıcıdan asılıdır.

- Evə çəkiliş qrupu gəlibsə, məlumdur ki, çilçıraqları da çəkəcəkdilər. Gələndə bunu bilmirdiniz?

- Çəkiblər, çəkiblər də.

- Bəs mahnının qiymətini demək niyə problem olur?

- O vax çilçırağın qiymətini aparıcı çox baha dedi.

- Bir neçə min manat demişdi...

- Amma ondan ucuz idi.

- Bəs mahnını neçəyə almısınız?

- Onu deməyəcəyəm. Bəstəkar istəməz ki, mən onun qiymətini açıqlayım.

- Bəstəkarların yazdığı mahnıların təxmini qiyməti bəllidir.

- Mahnı aranjimanla bir yerdə beş minə başa gəldi.

- Ritmik mahnıdır?

- Orta.

- Bəs niyə mahnının qiymətini demirdiniz?

- Sonra anladım ki, bəstəkar istəyər o qiymətə yenə müştərisi olsun.

- İnadkar insansınız?

- İnsanlara çox hörmət edirəm və hər kəsdən də bunun qarşılığını gözləyirəm. İstəmirəm kimsə bundan sui-istifadə etsin. Belə olanda kənara çəkilirəm.

“Ərimlə küsülü olanda, görüşdüyüm adam var idi” -azərbaycanlı müğənni

- Bunu bildim. Mən inadkarlığı soruşurdum...

- İnadkaram. Əgər bir adamdan özümə qarşı pis niyyət hiss etsəm, onu "silirəm".

- Bildirdiniz ki, efirə çıxıb-çıxmamağın sizinçün fərqi yoxdur. Burdan da beş min verib mahnı yazdırmısınız. O mahnını toylarda oxuyacaqsınız?

- O mahnı efir üçündür, toylar üçün yox.

- Efirə də çağırmırlar. Bəs harda oxunacaq?


- Bilirəm ki, brend mahnı olacaq. Gövhər Həsənzadə özü də brend xanımdır.

- Brend, yoxsa hit mahnı?

- Hit mahnı da var, brend mahnı da. Mən onu həm hit mahnı edəcəyəm, həm də brend mahnı. Yəqin ki, alınacaq. Çünki çox xoşagələn mahnıdır. Sözləri də mənə uyğundur.

- "Ürəyimin yarası" mahnısı sizə niyə aid olsun ki? Bildiyimə görə həyat yoldaşınızla barışmısınız...
- Həmin həyatı yaşayıram da, nə dəxli var? (gülür).

- Yenidən ayrılmısınız?

- Ayrılmamışam, əksinə onu sevə-sevə yaşayıram.

- Oğlunuzu evləndirəcəkdiniz..
.
- Anam dünyasını dəyişdiyinə görə qaldı. İnşallah, anamın ili çıxandan sonra toyu olacaq.

- Qayınana statusu necədir?

- Qayınana statusundan xoşum gəlmir.

“Ərimlə küsülü olanda, görüşdüyüm adam var idi” -azərbaycanlı müğənni

- Səbəb?

- O, mənim qızım olacaq, qayınana söhbəti olmayacaq. Mənim gəlinlərim dünyanın xoşbəxt xanımları olacaqlar.

- Oğlunuzun seçimidir?

- Bəli, öz seçimidir.

- Yaşlanmaqdan qorxursunuz?

- Anam dünyasını dəyişəndən sonra bir anlıq anladım ki, hər kəs ölməlidir. Atam dünyasını dəyişəndə bunu düşünməmişdim. Düşünürəm ki, yaşlanmaq olar. Yaşlanıb, həm də gözəl qalmağın isə başqa ləzzəti var. Hər gün mənə deyirlər ki, necə olur belə gözəllləşirsən? Bu, mənim xarakterimdən irəli gəlir. Allah mənə gözəllik yox, nur verir.

- Deyirlər ki, qocalsanız da, gözəl qalırsınız?

- Qocamaq deyəndə ki, mənim əlli yaşıma bir neçə il var da.

- Amma mən bilən siz əllini çoxdan keçmisiniz...

- Allah haqqı keçməmişəm.

- Neçə il var əlli yaşınıza?

- Tapmaca kimi qalması daha gözəldir.

- Özünüzü yaşlı hesab etmirsiniz?

- Mən çox çılğınam, deyib-gülənəm. Həyatı o qədər sevirəm ki. Həyatı başqa cür sevirəm, ancaq uşaqlarla, balaca qızlarla oturub-dururam. Ətrafımda yaşlı insanlar yoxdur.

- Bu ruhda olan insanlara gənc insanlar tez-tez sevgi etirafı edirlər...

- Belə etirafları çox eşidirəm. O qədər yazırlar, yazırlar və hamısı da cavabsız qalır. Mənim ürəyimi almaq üçün bilirsən nə boyda insan olmaq lazımdır?

- Nə boyda?

- Eehh nə bilim... İndi elə insanlar çox azdır.

- Elə bir insan olub?

- Ərimlə barışmamışdan əvvəl, əlbəttə ki, olub.

- Yaşca sizdən kiçik idi?

- Deməzdim.

“Ərimlə küsülü olanda, görüşdüyüm adam var idi” -azərbaycanlı müğənni

- Böyük idi?

- Bir-iki yaş fərqimiz var idi. Mənimçün heç vaxt yaş önəmli olmayıb deyə, maraqlanmamışdım.

- Yoldaşınızla barışandan sonra ayrı olduğunuz müddətdə həyatınızda kiminsə olub-olmaması barədə soruşdu?

- Əgər o barədə söhbət düşsə, gərək biz ayrılaq. Nə mən ondan, nə də o, məndən bu barədə heç nə soruşmadıq. Bizim aramızda o qədər böyük məsafə və pərdə var ki, keçmişə qayıtsaq, bəlkə də, yola getmərik. Məsafə saxlaya-saxlaya çox mehribanıq. Mən hər kəsə bizim kimi məsafəli ailə arzulayıram. Bir-birinə möhkəm məhəbbət olsun.

- Yoldaşınızla ayrı yaşadığınız müddətdə sevgiliniz olmuş insanı yenə sevirsiniz?

- Qətiyyən.

- Bəs kimi?

- İndi yalnız həyat yoldaşımı sevirəm. Ağzımdan bir söz çıxan kimi dərhal yerinə yetirir. Lap gecə də olsa, dediyimi tapıb gətirir.

- Fərqli və açıq geyim tərziniz var. İllər keçdikcə bu tərzi dəyişmək barədə düşünürsünüz?

- Yaraşır, həmişə də geyinəcəyəm. Çünki həyat yoldaşım əvvəldən açıq geyinməyə icazə verib. Altmış kilo çəkim var, boyum isə 165 sm-dir. Bədənim açıq geyinməyə imkan verir, verməsə heç vaxt geyinmərəm.




Önceki Sonraki
Yukarı


Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net