"Ona qədər mən kədər nədir, bilməzdim" - Məleykə Əsədova
Tarix: 18-11-2015, 10:08 |
Çap et
Vertikal.az axar.az-a istinadən xəbər verir ki, xalq artisti Məleykə Əsədova atasının vəfatının onun həyatında dərin iz qoyduğunu bildirib:
"Atamı itirəndə 17 yaşım var idi. O, 50 yaşında infarkt keçirib, dünyasını dəyişdi. O vaxt şıltaq, ərköyün, həyata sevgi ilə bağlanan, arzuları tükənməz olan bir qız idim. Atamın ölümündən sonra gözlərimə kədər gəldi. Ona qədər mən kədər nədir, bilməzdim. Həyatda kədərin nə olduğunu onda öyrəndim. Ona kimi yas yeri belə görməmişdim.
Atam vəfat edəndə Mədəniyyət və İncəsənət Universitetində oxuyurdum. Onun dəfninə çata bilmədim, buna çox üzülürəm. Həmişə atam mənə deyirdi ki, Məleykə, məktəbdə özünü elə apar ki, heç kim bilməsin, sənin qardaşın yoxdur. Onun vəfatı mənim həyatımda dərin iz buraxdı".