"Yaxşı və pis günümdə Aygün Kazımova olacaq" - Tolik
Tarix: 12-11-2015, 10:06 | Çap et
"Yaxşı və pis günümdə Aygün Kazımova olacaq" - Tolik
Prodüser Tarix Əliyev (Tolik) müğənni Natavan Həbibi ilə barışmalarından danışıb.

Vertikal.az-ın lent.az-a istinadən məlumatına görə, Tolik bir çox dostlarının onun bu addımını müsbət qarşıladığını bildirib:

"Ətrafımda olan əksər insanlar istəyirdi ki, mənim heç kimlə davam olmasın. Çünki onlar hansı stressləri keçirdiklərimi bilirdilər. Amma ictimaiyyətin tanımadığı bəzi insanlar var ki, hörmət bəsləyirəm və onların sözündən çıxmaq olmur. Mən Natəvan Həbibiyə dedim ki, məhkəmənin qərarını icra etsəydim, səninlə barışığım süni olardı. Natəvanla barışanda mən elə bildim ki, bizim görüşümüz pis alınacaq. Amma biz qucaqlaşdıq və o qədər isti görüşdük ki, özümə də xoş gəldi. Biz onunla üç gün barışıq xəbərini ictimaiyyətə necə təqdim edəcəyimizi düşünmüşük. İstəmirəm, kimsə düşünsün ki, mən təsir altda qalıb, bu barışığa imza atmışam. Biz Natəvanla Kislovodskda bir həftə bir yerdə qaldıq. Xeyli gəzdik, söhbətləşdik, birgə çox zaman keçirdik. Natəvan bir rayonumuzun işğal günü konsert verib və mən onu tənbeh etmişəm. Amma bu xəbəri yazan sayt öz yalanını bu il üzə çıxartdı. Əslində mən Natəvanı günahlandıran zaman bu xəbəri yazan sayt mənə dəstək olmadı. Mənə zəng edib, Natəvanın hansısa millətə mənsub olduğunu deyən insanlar heç biri məhkəmələrimə gəlib, mənə dayaq durmadılar, sübut göstərmədilər. İki il ancaq boş sözlər eşitdim ki, Natəvan ermənidir. Amma bir nəfər belə mənə sübut vermədi. Onlar yalnız məni qızışdırırdılar. Yalandan “Vikipediya”da səhifə açıb, mənə yollayırdılar ki, bax burada Natəvanın erməni olduğu yazılıb. O “Vikipediya”nı mən də aça bilərəm. Amma heç kim mənim qarşıma fakt qoya bilmədi. Natəvan Həbibi məhkəmədə qalib gəldi. Natəvan bütün Azərbaycana göstərdi ki, o, erməni deyil. Mən də dövlət qanunlarına qarşı çıxa bilməzdim".

Tolik N.Həbibi ilə aralarındakı inciklitə xalq artisti Aygün Kazımovanın səbəb olması xəbərlərinə də aydınlıq gətirib:

"Mənim Aygün xanıma böyük hörmətim var. İndi bilmirəm, onun mənə münasibəti necədir. Ancaq mən ona yaxşı yanaşıram. İstəmirəm, səhər xəbərlər dolaşsın ki, Tolik Aygün Kazımovanı meydanda tək qoyub, Natəvan Həbibi ilə barışdı. Bundan sonra da edəcəyim tədbirlərdə, yaxşı və pis günümdə Aygün Kazımova olacaq. İndi mən sadəcə ortada oyuncaq olmaq istəmirəm. Natəvanın mənə qarşı münasibətinin düzəlməyini o zaman hiss etdim ki, o, son aylarda verdiyi müsahibələrdə mənim adımı çəkmirdi. O, yalnız Aygün Kazımovadan danışırdı. Anladım ki, onun mənə qarşı kini yoxdur. Hərdən düşünürdüm ki, mən Natəvanın yadından çıxmışam. İndi biz qərara gəldik ki, barışığımız yalandan olmasın və dostluğumuz davam etsin. Ancaq bu, o demək deyil ki, mən sabah Natəvan Həbibi ilə işləyəcəyəm".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net