Fəlakət: “Belə olacağına inanmırdım”
Tarix: 6-11-2015, 10:14 | Çap et
Fəlakət: “Belə olacağına inanmırdım”
Yeni lahiyələrlə tamaşaçıların görüşünə gələcəyəm.

Bu sözləri aktyor Elşən Orucov yeni planları ilə bağlı Axar.az-a danışarkən deyib:

“Axırıncı yol” filminin çəkilişləri başa çatdı. Tamaşaçılara daha bir yenilik – serial təqdim edəcəyik. Ümumiyyətlə, formatı dəyişəcəyik. Bu barədə hələ çox danışmaq istəmirəm. Amma tamaşaçılar süprizə hazır olsunlar.

Hər şeyi zaman həll edir. Bir neçə il əvvəl bilmirdim ki, belə bir işlə məşğul olub tanınacağam. Baxmayaraq ki, mən Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsini bitirmişəm. Amma televiziyada başqa sahədə fəaliyyət göstərirdim. Özümü dramatik obrazda da görürəm və təklif gəlsə, yaxşı bir dramatik filmə çəkiləcəyəm”.

Qeyd edək ki, aktyor Elşən Orucov daha çox “Bozbaş pikçers”də canlandırdığı Fəlakət obrazı ilə tanınır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net